Pasport əməliyyatları

 PASPORTLARIN YENİLƏNMƏSİ  

Azərbaycan Respublikası konsulluğunun dairəsində qanuni əsaslarla daimi yaşayan və Azərbaycan Respublikasının konsulluğunda konsul uçotunda olan Azərbaycan Respublikasının vətəndaşları etibarlılıq müddəti başa çatmış və ya boş viza səhifələri qalmamış ümumvətəndaş pasportlarını Azərbaycan Respublikasının konsulluğu vasitəsi ilə dəyişdirərək yeni pasportlar ala bilərlər.

Bununla əlaqədar vətəndaşlar pasportlarının etibarlılıq müddətinin bitməsinə 3 (üç) aydan az müddət qaldığı zaman Azərbaycan Respublikasının konsulluğuna müraciət edə bilərlər.

Pasportlarının yenilənməsi üçün müraciət edən vətəndaşlar aşağıdakı sənədləri təqdim etməlidirlər:

  • etibarlılıq müddəti bitmək üzrə (və ya bitmiş) olan pasport;
  • şəxsiyyət vəsiqəsi və onun surəti;
  • yaşayış icazəsini təsdiq edən sənəd və onun surəti;
  • sənədlərin tərtib edilərək müvafiq dövlət orqanına göndərilməsi üçün 55 ABŞ dolları məbləğində dövlət rüsumunun ödənilməsi haqqında qəbzin əsli.