Rüsum dərəcələri

Dövlət rüsumu haqqında

Azərbaycan Respublikasının qanunundan çıxarış

Maddə 16. Azərbaycan Respublikasında və ya Azərbaycan Respublikasının xaricdəki konsulluqlarında aparılan notariat əməliyyatları üçün dövlət rüsumunun dərəcələri

 

Dövlət rüsumu tutulmalı olan hərəkətlər

Dövlət rüsumunun məbləği

16.6. Notariat hərəkətlərinin aparılmasına görə:

 

16.6.1. Azərbaycan ərazisində yerləşən daşınmaz əmlak istisna olmaqla, əmlakdan, o cümlədən avtonəqliyyat vasitələrindən istifadə etmək və ona sərəncam vermək, kredit əməliyyatlarını yerinə yetirmək hüququ verən vəkalətnamələrin notariat təsdiqinə görə;

50 $

16.6.2. müxtəlif şəxslərdən və idarələrdən poçt yolu ilə daxil olmuş pul və­sa­itlərinin, bağlamaların, korrespondensiyaların bank idarələrindən alın­ması və ona sərəncam verilməsi barədə vəkalətnamələrin təsdiqinə görə;

25 $

16.6.3. müqavilələrin və əqdlərin notariat təsdiqinə görə:

 

16.6.3.1. əmlak bölgüsü, zaminlik və digər qiymətləndirilməyən müqavilələrin təsdiqinə görə;

75 $

16.6.3.2. qiymətləndirilən digər müqavilələrin təsdiqinə görə;

150 $

16.6.3.3. avtonəqliyyatın özgəninkiləşdirilməsinə dair müqavilənin təsdiqinə görə;

100 $

16.6.3.4. sair müqavilələrin təsdiqinə görə

50 $

16.6.4. təhsil, əmək, VVAQ sənədlərinin surətinin, həmçinin bu sənədlərdən çıxarışların təsdiq edilməsinə görə;

20 $

16.6.5. Azərbaycan vətəndaşlarının diplomatik nümayəndəlik və konsulluqlarda saxla­nı­lan əmlak və maliyyə sənədlərinin surətlərinin və onlardan çıxarışların verilməsinə görə;

20 $

16.6.6. imzaların həqiqiliyinin notariat təsdiqinə görə (hər sənəd üçün);

60 $

16.6.7. sənədin tərcüməsi və eyni zamanda tərcümənin düzgünlüyünün notariat təsdiqinə görə (hər səhifə üçün):

 

- xarici dillərdən;

20 $

- xarici dillərə;

40 $

16.6.8. qəyyumun təyin edilməsinə dair aktın tərtib edilməsinə görə;

50 $

16.6.9. əmlakın idarə edilməsinə dair qəyyumun hesabatının təsdiq edilməsinə görə;

50 $

16.6.10. vərəsəlik əmlakının siyahısının tərtib edilməsinə və bu əmlakın mühafizə olunması üçün qəbul edilməsinə görə;

100 $

16.6.11. maraqlı şəxslərin xahişinə əsasən təqdim edilmiş siyahı əsasında əmlakın yoxlanmasına görə;

100 $

16.6.12. vəsiyyətnamənin notariat təsdiqinə görə;

100 $

16.6.13. miras qoyanın xahişinə əsasən vəsiyyətnaməyə hər hansı dəyişikliklərin və əlavələrin edilməsinə görə;

100 $

16.6.14. vəsiyyətnamənin konsulluqda saxlanmasına görə;

100 $

16.6.15. konsul tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə görə;

200 $

16.6.16. malların və digər əmlakın satışına görə;

100 $

16.6.17. konsulluqda sənədlərin (vəsiyyətnamə istisna olmaqla) saxlanmasına görə;

20 $

16.6.18. pulun, qiymətli kağızların və sair qiymətli əşyaların (miras istisna olmaqla) saxlanmasına görə (hər ay üçün);

50 $

16.6.19. əmlakın və pul məbləğlərinin aidiyyatı üzrə çatdırılması üçün 6 aylıq müddətədək ümumi depozitə qəbul edilməsinə görə (hər ay üçün);

50 $

16.6.20. icra qeydlərinin aparılmasına görə;

30 $

16.6.21. sənədlərin diplomatik poçtla hüquqi şəxslərin ünvanına göndərilməsinə görə;

100 $

16.6.22. xarici dövlətin bayrağı altında üzən gəminin yüklənməsi və ya boşaldılmasına dair şəhadətnamənin, digər arayışların və bəyannamələrin verilməsinə görə.

50 $

      
                          VƏTƏNDAŞIQ VƏZİYYƏTİ AKTLARI QEYDİYYATININ RÜSUMU 
 

1. nikahın qeydə alınması və bu barədə şəhadətnamənin verilməsinə görə

30 $  

2. boşanmanın qeydə alınması və bu barədə şəhadətnamənin verilməsinə görə

40 $  

3. itkin düşmüş və ya ruhi xəstəliyə tutulmuş və ya cinayət əməli törətdiklərinə görə 3 ildən artıq müddətə məhkum olunmuş şəxslərə boşanmanın qeydə alınmasına görə

10 $  

4. adın, soyadın, ata adının dəyişdirilməsinə (nikahla əlaqədar olan hallar istisna olmaqla) dair materialların rəsmiləşdirilməsinə görə

50 $  

5. vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında arxiv materiallarına əsasən təkrar şəhadətnamələrin verilməsinə görə

40 $  

6. doğum, ölüm, nikah və boşanma haqqında akt qeydlərində dəyişikliklərin, düzəlişlərin, əlavələrin edilməsi və akt qeydlərinin bərpa olunması ilə əlaqədar şəhadətnamələrin verilməsinə görə

20 $  

7. xarici ölkələrin VVAQ orqanları tərəfindən nikahın qeydə alınması məqsədilə subaylıq haqqında arayışın verilməsinə görə

30 $