Baş konsulun tərcümeyi-halı

Məsim Abdulla oğlu Hacıyev 5 aprel 2016-cı il  tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə  Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilmişdir.

Məsim Abdulla oğlu Hacıyev 23 mart 1968-ci ildə  Azərbaycan Respublikasının Ağdaş rayonunda doğulmuşdur. 1985-1992-ci illərdə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində təhsil almışdır. 1994-cü ildə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində fəaliyyətə başlamışdır. 1996-2000-ci illərdə Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş konsulluğunda konsul olaraq fəaliyyət göstərmişdir.

2000-2016-ci illər ərzində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində müxtəlif diplomatik vəzifələrdə fəaliyyət göstərmişdir. Baş konsul təyin olunmadan öncə Xarici İşlər Nazirliyi Ümumi katiblik idarəsinin rəisi vəzifəsində çalışmışdır.

Azərbaycan, türk, rus və ərəb dillərində danışır. Evlidir, iki övladı var.

bakushop