2016-06-22
Türkiyənin Xarici İqtisadi Əlaqələr Qurumunun (DEİK) Türkiyə-Azərbaycan İşgüzar Şurasının üzvləri ilə görüşə dair

22 iyun 2016-cı il tarixində Türkiyənin Xarici İqtisadi Əlaqələr Qurumunun (DEİK) Türkiyə-Azərbaycan İşgüzar Şurasının başçısı Selçuk Akat və Şura üzvləri Baş konsul Məsim Hacıyevi ziyarət etmişdir.

S.Akat və Şuranın üzvləri M.Hacıyevi yeni fəaliyyətə başlaması münasibətilə təbrik etmiş, məsuliyyətli işində uğurlar arzu etmişdirlər.

Baş konsul öz növbəsində qonaqlara ziyarətləri üçün təşəkkür etmiş, Azərbaycan və Türkiyə arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu vurğulamışdır. M.Hacıyev Türkiyə-Azərbaycan  İşgüzar Şurasının fəaliyyətlərini hər zaman dəstəkləyəcəyini, iki ölkə arasındakı iqtisadiyyat, ticarət və digər sahələrdə əlaqələrin inkişafı üçün lazımi köməkliyin göstəriləcəyini bildirmişdir.

Görüşdə Azərbaycan və Türkiyə arasında iqtisadiyyat və ticarət sahəsində qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunmuşdur.

növbəti xəbər əvvəlki xəbər