2016-09-18
Baş konsul Türkiyənin Bursa şəhərində Azərbaycan vətəndaşları ilə görüşüb

Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev Türkiyənin Bursa şəhərindəki Adilə Naşit teatrının salonunda bu şəhərdə məskunlaşan vətəndaşlarımızla görüşüb. Görüşdə 200 nəfərdən çox ahısqa türkü iştirak edib.

Vətəndaşlarımızı maraqlandıran məsələlərə aydınlıq gətirən, Baş konsul həmçinin, Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə bağlı sentyabrın 26-da Azərbaycanda keçiriləcək ümumxalq səsverməsi (referendum) ilə əlaqədar sualları cavablandırıb.

Sonra ahısqa türklərinin nümayəndələrinin çıxışları olub. Azərbaycanda yaşayan ahısqa türklərinə dövlətimiz tərəfindən həmişə diqqət və qayğı göstərildiyi qeyd olunub. Bildirilib ki, bu ənənə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycandakı çoxistiqamətli inkişafı yüksək dəyərləndirən ahısqa türkləri ölkəmizin sürətli yüksəlişində və sabitliyin qorunmasında bundan sonra da fəal iştirak edəcəklər.

Çıxışlarda diqqətə çatdırılıb ki, sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsində (referendum) iştirak etmək üçün xarici ölkələrdəki diplomatik nümayəndəliklərdə, o cümlədən İstanbuldakı Baş Konsulluğumuzda səsvermə məntəqəsinin yaranması Azərbaycan dövlətinin öz vətəndaşlarının hüquq və bərbərliyinə göstərdiyi qayğıdır. Ahısqa türkləri referendumla bağlı səsvermədə iştirak edəcəklərini ifadə ediblər.

növbəti xəbər əvvəlki xəbər
 

 

 
 
Xarici işlər nazirliyi