2016-09-26
Referendumla əlaqədar Azərbaycanın İstanbuldakı baş konsulluğunda səsvermə keçirilir

Konstitusiyaya təklif oluna əlavə və dəyişikliklərlə bağlı keçirilən ümumxalq səsverməsi (referendum) ilə əlaqədar Azərbaycanın İstanbuldakı baş konsulluğunda fəaliyyət göstərən məntəqə seçki komissiyası sentyabrın 26-da Ankara vaxtı ilə saat 08.00-da (Bakı vaxtı ilə 09.00) səsverməyə açılıb.

Burada 17 saylı Yasamal üçüncü seçki dairəsinin tərkibində yaradılmış 51 saylı referendum məntəqəsi fəaliyyət göstərir.

Səsvermənin azad və şəffaf keçirilməsi üçün hər cür şəraitin yaradıldığı bu məntəqədə konsulluq qeydiyyatında olan 956 Azərbaycan vətəndaşı səsvermə hüququna malikdir.

Səsvermə yerli vaxtla saat 19.00-da başa çatacaq.

növbəti xəbər əvvəlki xəbər