2016-10-03
03 oktyabr 2016-cı il tarixində Baş konsul Məsim Hacıyev İstanbul Böyükşəhər bələdiyyəsi “Kültür” A.Ş.başçısı Nevzat Kütükə nəzakət ziyarəti etmişdir.

Baş konsul görüş zamanı Azərbaycan və Türkiyənin ortaq tarixə, mədəniyyətə, dilə və dinə malik olduğunu bildirmiş, Ulu öndər Heydər Əliyevin “bir millət,iki dövlət ifadəsini” xatırlatmışdır. İstanbul Böyükşəhər bələdiyyəsi “Kültür” A.Ş. tərəfindən görülən işləri (Topkapıda yerləşən Azərbaycan mədəniyyət evinin yaradılması) yüksək qiymətləndirən Baş konsul gələcəkdə də yeni layihələr üzərində birgə çalışmaq  üçün lazımi işlərin görüləcəyini qeyd etmişdir.

Nevzat Kütük öz növbəsində Baş konsulu yeni fəaliyyətə başlaması münasibətilə təbrik etmiş və işində uğurlar arzu etmişdir. Azərbaycan və digər türkdilli ölkələrin də mədəniyyət evinin olduğu Topkapı türk dünyası məhəlləsinin 2009-cu ildən fəaliyyət göstərməyə başladığını qeyd edən N.Kütük il ərzində 120 000 ziyarətçi qəbul etdiklərini vurğulamışdır.

Görüşün sonunda N.Kütük M.Hacıyevə “Dünya mirası İstanbul “ adlı kitabı hədiyyə etmiş, baş konsul isə öz növbəsində Heydər Əliyev Fondu tərəfindən nəşr edilmiş Azərbaycan adlı kitabı hədiyyə etmişdir.

 

növbəti xəbər əvvəlki xəbər