2016-10-18
Baş konsul Məsim Hacıyevin Demirören media qrupunun rəhbəri Mehmet Soysalla görüşünə dair

18 oktyabr 2016-cı il tarixində Baş konsul Məsim Hacıyev Demirören media qrupunun (Milliyət, Vətən qəzetləri) rəhbəri Mehmet Soysalı ziyarət etmişdir.

Baş konsula yeni fəaliyyətində uğurlar arzu edən Mehmet Soysal  Azərbaycan və Türkiyə arasında olan dostluq və qardaşlıq münasibətlərindən bəhs etmişdir. M.Soysal rəhbəri olduğu media qrupuna daxil olan bütün mətbuatın iki ölkə arasında əməkdaşlığının dərinləşməsi istiqamətində lazımi dəstəyin göstəriləcəyini vurğulamışdır.

Bugün Azərbaycanın müstəqilliyinin 25 illiyinin qeyd edildiyini vurğulayan Baş konsul müstəqilliyi ilk tanıyan dövlətin də məhz Türkiyə Respublikası olduğunu bildirmişdir. M.Hacıyev göstərilən qonaqpərvərliyə görə M.Soysala təşəkkürünü bildirmiş və media qrupuyula daha sıx əlaqələrin qurulması istiqamətində gələcəkdə mühüm işlər görüləcəyini bildirmişdir
növbəti xəbər əvvəlki xəbər

bakushop