2016-10-18
Baş konsul Məsim Hacıyevin Hürriyət Daily News qəzetinin köşə yazıları səhifəsinin redaktoru Barçin Yinançla görüşünə dair

18 oktyabr 2016-cı il tarixində Baş konsul Məsim Hacıyev Doğan media qrupuna  aid olan Hürriyət Daily News qəzetinin köşə yazıları səhifəsinin redaktoru Barçin Yinançla görüş keçirmişdir.

Baş konsula yeni fəaliyyətində uğurlar arzu edən B.Yinanç, eyni zamanda Azərbaycanın müstəqilliyinin 25 illiyi münasibəti ilə  Baş konsulu və Azərbaycan xalqını təbrik etmişdir.

Baş konsul iki dövlət arasında münasibətlərin bütün sahələrdə yüksək səviyyədə olduğunu bildirmiş, iki ölkə arasında münasibətlərin tarixi köklərə malik olduğunu vurğulamışdır.

Görüşdə Azərbaycan və Türkiyə arasında olan ikitərəfli münasibətlər, eyni zamanda iki ölkənini xarici siyasətinə dair fikir mübadiləsi aparılmışdır.

növbəti xəbər əvvəlki xəbər

bakushop