2016-10-25
Baş konsul Məsim Hacıyevin Əl-Cəzirə televiziyasının Türkiyə regional ofisinin rəhbəri ilə görüşünə dair

25 oktyabr 2016-cı il tarixində Baş konsul Məsim Hacıyev ərəb dünyasının aparıcı kanallarından olan Qətərin Əl-Cəzirə televiziyasının Türkiyə regional ofisinin rəhbəri Əbdüləzim Məhəmmədlə görüş keçirmişdir.

Görüş zamanı Baş konsul Əl-Cəzirə kanalının 2016-cı ilin aprel ayında Ermənistan silahlı birləşmələrinin atəşkəsi pozması nəticəsində cəbhədə yaranan gərginliklə bağlı reportajların hazırlanması, Azərbaycanın haqlı mövqeyinin işıqlandırılması və obyektiv yayıma görə təşəkkürünü bildirmişdir.

Ə.Məhəmməd səmimi qəbula görə təşəkkürlərini bidirmiş, kanalın hər zaman Azərbaycanla bağlı verilişlərin hazırlanmasında maraqlı olduğunu söyləmişdir.

növbəti xəbər əvvəlki xəbər
 

 

 
 
Xarici işlər nazirliyi