2017-01-18
Türkiyə Televiziya və Radio Təşkilatının (TRT) İstanbul bürosunun müdiri Əbdülhəmid Avşar 18 yanvar 2017-ci il tarixində Azərbaycanın İstanbuldakı Baş Konsulluğunu ziyarət etmişdir.

Ə.Avşar Azərbaycanın Türkiyə üçün ən güvənilən dost və qardaş ölkə olduğunu qeyd etmiş, eyni zamanda iki ölkə arasındakı bu münasibətlərinin daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulamışdır.

Baş konsul Azərbaycan və Türkiyə arasında tarixi köklərə əsaslanan dostluq və qardaşlıq münasibətlərinin olduğunu, azərbaycan xalqının Qafqaz İslam Ordusunun qəhrəmanlığını unutmadığını, dilimiz, dinimiz, mədəniyyətimizin ortaq olduğunu qeyd etmiş və prezidentlərimiz cənab İlham Əliyev və cənab R.T.Ərdoğan tərəfindən bu münasibətlərin daha yüksək səviyyəyə çatdığını vurğulamışdır.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında televiziya və radio sahəsində əməkdaşlığın vəziyyətinə dair fikir mübadiləsi aparılmışdır.

növbəti xəbər əvvəlki xəbər