2017-02-10
Baş konsul Məsim Hacıyev İstanbulun Sarıyer rayonunun kaymakamı (icra başçısı) Gürsoy Osman Bilginlə görüşü

10 fevral 2017-ci il tarixində Baş konsul Məsim Hacıyev İstanbulun Sarıyer rayonunun kaymakamı (icra başçısı) Gürsoy Osman Bilginlə görüşmüşdür.

Tanışlıq məqsədi ilə keçirilən görüşdə iki ölkə arasındakı tarixi münasibətlərdən danışılmış, xalqlarımızın bir-birilə sıx bağlı olduqları və eyni dili danışdıqları bildirilmişdir. Görüş zamanı Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin adını daşıyan və heykəlinin olduğu parkın Sarıyer rayonunda mövcudluğu və parka göstərilən xüsusi diqqət və qayğı üçün təşəkkür edilmişdir.

növbəti xəbər əvvəlki xəbər
 

 

 
 
Xarici işlər nazirliyi