2017-02-18
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Türkiyənin Baş naziri Binəli Yıldırımın Münxendə görüşü olub

Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırımın görüşü olub.

Görüşdə ölkələrimiz arasında dostluq və tərəfdaşlıq münasibətlərinin inkişaf etdiyi və bunun məmnunluq doğurduğu bildirildi. Azərbaycan ilə Türkiyənin Bakı-Tbilisi-Qars, Cənub Qaz Dəhlizi, TANAP və digər böyük layihələri uğurla həyata keçirdikləri, bu sahədə əməkdaşlığın davam etdirildiyi qeyd olundu.

Türkiyənin Baş naziri Binəli Yıldırım ölkəsində gedən proseslər və referenduma hazırlıqdan danışdı.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparıldı.

növbəti xəbər əvvəlki xəbər

bakushop