2017-03-03
03 mart 2017-ci il tarixində Baş konsul M.Hacıyev Türkiyə Hərbi Dəniz Donanmasının cənub birləşmələrinin komandanı, kontr-admiral Hasan Şükrü Korlu ilə görüşmüşdür.

Görüş zamanı H.Ş.Korlu Azərbaycan və Türkiyə arasında olan dostluq və qardaşlıq münasibətlərindən bəhs etmiş, Ermənistan Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə, son günlərdə cəbhə bölgəsində baş vermiş hadisələrə toxunmuşdur.

Baş konsul qəbul üçün təşəkkürünü bildirmiş, Azərbaycan və Türkiyənin eyni tarixə, kökə, dilə, dinə mənsub olduğunu bildirmiş və münasibətlərimizi ən düzgün formatda ifadə edəcək kəlimənin Ulu öndər Heydər Əliyevin “bir millət, iki dövlət” sözlərinin olduğunu qeyd etmişdir. 

növbəti xəbər əvvəlki xəbər

bakushop