2017-11-01
2017-ci ilin 4-7 noyabr tarixlərində Türkiyə Respublikasının İstanbul şəhərində növbəti Beynəlxalq Kitab Sərgisi keçiriləcəkdir.

4 noyabr 2017-ci il tarixində, saat 15:00-da İstanbul Beynəlxalq Kitab Sərgisi çərçivəsində milli pavilyonda M.P.Vaqifə həsr olunmuş tədbir keçiriləcəkdir.

5 noyabr 2017-ci il tarixində, saat 12:00-da İstanbul Beynəlxalq Kitab Sərgisi çərçivəsində milli pavilyonda “Azərbaycan Kitabının Dünyaya Tanıdılması”layihəsi üzrə türk dilində çap olunmuş 8 kitabın təqdimat mərasimi keçiriləcəkdir.

əvvəlki xəbər

bakushop