2020-06-30

İstanbulun mərkəzi bölgələrindən biri olan Sarıyer rayonunun qədim ərazisindəki “Cendere” prospektinin adı dəyişdirilərək “Azərbaycan” adlandırılıb/

Baş Konsulluğunun təklifi və təşəbbüsü əsasında İstanbulun mərkəzi bölgələrindən biri olan Sarıyer rayonunun qədim ərazisindəki “Cendere” prospektinin adı dəyişdirilərək “Azərbaycan” adlandırılıb. Prospektin adının dəyişdirilməsi Sarıyer Bələdiyyəsi Məclisinin müvafiq qərarı ilə baş tutub. Qərar rəsmi prosedurların yekunlaşdırılması məqsədilə İstanbul Böyük Şəhər Bələdiyyə Məclisinin bu il iyulun 13-də keçirilməsi nəzərdə tutulan iclasına təqdim olunub.

Qeyd edək ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan və heykəlinin ucaldıldığı park da məhz Sarıyer Bələdiyyəsinin ərazisində yerləşir. Ulu Öndərin doğum və vəfat tarixləri İstanbuldakı Baş Konsulluğumuzun təşəbbüsü əsasında Sarıyer Bələdiyyəsinin cari protokol tədbirlərinin təqviminə daxil edilib.

AZE cad.1

AZE cad.2

AZE cad.3

Arxiv üzrə axtarış