2020-09-01

Baş konsul Nərminə Mustafayeva İstanbul valisi Ali Yerlikaya ilə görüş keçirmişdir.

Cari ilin 1 sentyabr tarixində, Baş konsul Nərminə Mustafayeva İstanbul Valisi Ali Yerlikayaya nəzakət ziyarət etmişdir. Görüş zamanı iki qardaş ölkə olan Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında sıx əlaqələrin mövcudluğundan məmnuniyyət ifadə olunmuşdur. İki ölkə arasında maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmış və münasibətlərin daha da dərinləşməsi istiqamətində həyata keçirilməsi nəzərdə tutulan birgə addımlar müzakirə edilmişdir.

 

1_1

2_1

3_2

Arxiv üzrə axtarış