Nikahın qeydə alınması

Nikahın qeydə alınması üçün tələb olunan sənədlər 

 

Xarici ölkələrdə Azərbaycan Respublikası vətəndaşının (vətəndaşlarının) nikahın qeydə alınması üçün aşağıdakı sənədlər Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarına (konsulluqlara) təqdim edilməlidir:

  1. nikaha daxil olan şəxslərin yazılı razılıq ərizəsi;
  2. nikaha daxil olan şəxslərin şəxsiyyətini təsdiq edən sənədlərin əsli və surəti (ümumvətəndaş pasportları və şəxsiyyət vəsiqələri);
  3. xarici ölkədə daimi və ya müvəqqəti yaşamasını təsdiq edən sənədlər (əsli və surəti);
  4. subaylıq haqqında arayışlar;
  5. nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayış;
  6. dövlət rüsumunun ödənilməsi barədə qəbz (“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının 2001-ci il tarixli Qanununun 16.3-cü maddəsinə əsasən, nikahın qeydə alınması və və bu barədə şəhadətnamənin verilməsinə görə 20 USD məbləğində dövlət rüsumu müəyyən olunmuşdur.
  7. əvvəllər nikahda olmuş şəxslər - nikahın pozulması haqqında şəhadətnamə (surətini) və ya ərinin (arvadının) ölümü şəhadətnamə (surətini), yaxud əvvəlki nikahın etibarsız sayılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya ondan çıxarış (yalnız əvvəllər nikahda olmuş şəxslər).

Müraciət edilməsi qaydası.

Nikaha daxil olmağı arzu edən Azərbaycan Respublikası vətəndaşı (vətəndaşları) konsulluqlara şəxsən ərizə ilə müraciət etməlidirlər.

Müraciətə baxılma müddəti.

Nikah konsulluq tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin iştirakı ilə bu barədə ərizə verildiyi gündən 1 aydan tez olmayaraq bağlanır.

İştirak etməli olan şəxslərin siyahısı:

 Nikaha daxil olmağı arzu edən şəxslər;

1.Nikaha daxil olmağı arzu edən şəxslərin şahidləri.

2.Nikaha daxil olmağı arzu edən şəxslərin şahidləri.

Arxiv üzrə axtarış