2016-04-29

Mərmərə Qrupu Vəqfinin sədri ilə görüşə dair

Azərbaycan Respublikasının İstanbuldakı Baş konsulluğunda 29 aprel 2016-cı il tarixində respublikamızın siyasi dairələri ilə uzunmüddətli əməkdaşlığı ilə seçilən Mərmərə qrupu vəqfinin sədri Akkan Suver və həmin qurumun idarə heyətinin üzvləri ilə AR-in İstanbul şəhərindəki baş konsulu arasında tanışlıq xarakteri daşıyan görüş keçirilmişdir.

Görüş zamanı Baş konsul qonaqları salamlayaraq Azərbaycanla-Türkiyə arasında əlaqələrin inkişafında töhfələri olan Mərmərə qrupu vəqfinin sədri və idarə heyətinin üzvləri ilə görüşməkdən məmnun olduğunu ifadə etmişdir.

Görüş zamanı qonaqlar Azərbaycan-Türkiyə münasibətlərinin hazırki yüksək səviyyəsi barədə müsbət fikirlər səsləndirmiş, ümummilli lider Heydər Əliyev haqqında xoş xatirələrini paylaşmış və prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın uğurları haqqında söhbət etmişlər.

Sonda baş konsul M.Hacıyev bu ziyarətə görə qonaqlara təşəkkürünü bildirmiş, diaspor fəaliyyətinin daha da aktiv aparılmasının zəruriliyi, Türkiyə KİV-ləri ilə daha sıx əlaqələrin qurulmasının əhəmiyyəti və eyni zamanda bu fəaliyyətdə AR İstanbul Baş konsulluğunun istənilən köməyin və dəstəyin edilməsinə hazır olduğunu vurğulamışdır.

 

Arxiv üzrə axtarış