2016-05-13

Azərbaycan mədəniyyət evinin rəhbəri ilə görüş

13 may 2016-cı il tarixində Azərbaycan Respublikasının İstanbuldakı baş konsulu Məsim Hacıyev İstanbul Azərbaycan mədəniyyət evinin rəhbəri Hikmət Elp ilə görüş keçirmişdir.

Görüş zamanı baş konsul qeyri-hökumət təşkilatlarının cəmiyyət həyatına təsirindən bəhs etmiş, Azərbaycan və Türkiyə arasında münasibətlərin daha da inkişafı üçün diaspora qurumlarının mütəşəkkil, koordinasiyalı fəaliyyətinin əhəmiyyətini vurğulamışdır.

Hikmet Elp İstanbul Azərbaycan mədəniyyət evinin 2008-ci ildən fəaliyyət göstərdiyini, qurum tərəfindən Azərbaycan tarixi, mədəniyyəti, incəsənəti haqqında məlumatların yayılması məqsədilə konsertlərin, konfransların təşkil edildiyini, kitabların çap olunduğunu bildirmişdir.

Sonda Məsim Hacıyev bu ziyarətə görə qonaqlara təşəkkürünü bildirmiş, İstanbul Azərbaycan mədəniyyət evinin nümayəndələrinə işlərində uğurlar arzulamışdır.

Arxiv üzrə axtarış