2016-06-22

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Baş katibi ilə keçirilmiş görüşə dair

22 iyun 2016-cı il tarixində Baş konsul M.Hacıyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Baş katibi R.Həsənov ilə görüş keçirmişdir.

Baş konsul görüş zamanı türkdilli dövlətlər arasında hərtərəfli əlaqələrin inkişaf etdirilməsi məqsədilə yaradılmış TDƏŞ-in rəhbərini Baş Konsulluqda görməkdən məmnun oldğunu bildirmişdir.

Yeni fəaliyyətə başlaması münasibətilə Baş konsulu təbrik edən R.Həsənov Türk Şurasının yarandığı gündən etibarən TDƏŞ-in həyata keçirdiyi fəaliyyətlər, layihələr və planlaşdırdıqları işlər barədə məlumat vermişdir.

Qarşılıqlı anlaşma və səmimi şəraitdə keçən görüşün sonunda M.Hacıyev ziyarətə görə minnətdarlığını bildirmişdir.

Arxiv üzrə axtarış