2016-07-11

11 iyul 2016-cı il tarixində Baş konsul M.Hacıyev İstanbul təhsil şöbəsinin müdiri Ömər Faruk Yelkəncini ziyarət etmişdir.

M.Hacıyev qəbul üçün Ö.F.Yelkənciyə təşəkkürünü bildirmiş, Ö.F.Yelkənci öz növbəsində Baş konsulu yeni təyinatı münasibətilə təbrik etmiş, məsuliyyətli işində uğurlar arzu etmişdir.

Görüş zamanı Azərbaycan və Türkiyə arasında təhsil sahəsində mövcud əməkdaşlıq münasibətləri müzakirə olunmuş, münasibətlərin daha da inkişafı üçün lazımi işlərin görülməsinin vacibliyi vurğulanmışdır.

Arxiv üzrə axtarış