2016-08-09

09 avqust 2016-cı il tarixində Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş konsulu Məsim Hacıyev İstanbulun Küçük Çekmece rayonunun (əhalisi 761 min nəfər) kaymakamı (icrabaşçısı) Harun Kayanı ziyarət etmişdir.

Harun Kaya Baş konsulu yeni təyinatı münasibətilə təbrik etmiş, məsuliyyətli işində uğurlar arzu etmişdir.

Tanışlıq məqsədilə keçirilən görüşdə iki ölkə arasındakı münasibətlərdən söhbət açılmış, hər iki ölkənin ortaq kök, dil, din, mədəniyyətə sahib olduqları vurğulanmışdır.

 

Arxiv üzrə axtarış