2016-08-09

09 avqust 2016-cı il tarixində Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş konsulu Məsim Hacıyev İstanbulun Gaziosmanpaşa rayonunun (əhalisi 500 min nəfər) kaymakamı (icra başçısı) Yaşar Qaradənizi ziyarət etmişdir.

Y.Qaradəniz Baş konsulu salamlayaraq, ona yeni fəaliyyətində uğurlar arzulamışdır.

Baş konsul öz növbəsində qəbul üçün Y.Qaradənizə təşəkkürünü bildirmişdir.

Görüş zamanı iki ölkə arasında mövcud münasibətlərdən bəhs edilmiş, həmçinin bu münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanmışdır.

Arxiv üzrə axtarış