2016-11-22

Baş konsul M.Hacıyevin Bəyoğlu bələdiyyə başçısı ilə görüşünə dair

22 noyabr 2016-cı il tarixində Baş konsul M.Hacıyev İstanbulun tarixi, turistik rayonlarından biri olan Bəyoğlu rayonunun bələdiyyə başçısı A.M.Dəmircanla görüşmüşdür.

A.M.Dəmircan ziyarəti üçün Baş konsula təşəkkürünü bildirmiş, 15 iyul hadisələrində Azərbaycan Prezidenti cənab İlham Əliyevin Türkiyə Prezidenti cənab R.T.Ərdoğana məktub yazmasını, Türkiyə xalqının və hakimiyyətinin yanında olduğunu bildirməsini yüksək qiymətləndirərək, Ulu öndər Heydər Əliyevin “bir millət, iki dövlət” ifadəsini xatırlatmışdır.

Baş konsul Azərbaycan və Türkiyə arasında tarixi köklərə əsaslanan qardaşlıq münasibətlərinin olduğunu bildirmiş, prezidentlərimiz cənab İlham Əliyev və R.T.Ərdoğan tərəfindən bu münasibətlərin daha yüksək səviyyəyə çatdığını qeyd etmişdir.

Görüş zamanı Azərbaycan və Türkiyə bələdiyyələri arasında əlaqələrin genişləndirilməsi də müzakirə olunmuşdur.

Arxiv üzrə axtarış