Türkiyə Silahlı Qüvvələrinin Birinci Ordu komandanı, Ordu generalı Musa Avsever 10 yanvar 2017-ci il tarixində Azərbaycanın İstanbuldakı Baş Konsulluğunu ziyarət etmişdir.
Baş konsul Məsim Hacıyevlə keçirilən görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsinin əhəmiyyəti, o cümlədən iki ölkənin silahlı qüvvələri arasında qarşılıqlı faydalı əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılmışdır.
Azərbaycanın İstanbuldakı diplomatik nümayəndəliyini ziyarət etməsini ölkəmizə və xalqımıza rəğbət kimi dəyərləndirən M.Hacıyev Türkiyənin sürətli inkişafının ölkəmizdə məmnunluq doğurduğunu söyləmiş, Azərbaycan xalqının bütün məsələlərdə, o cümlədən terrorçuluqla mübarizədə bundan sonra da Türkiyə xalqının yanında olacağını qeyd etmişdir.
Görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın nümayiş etdirdikləri siyasi iradənin əhəmiyyəti də yüksək dəyərləndirilmişdir.