Bağcılar bələdiyyəsində təşkil olunmuş “Xocalı soyqırımı” anma mərasimi
24 fevral 2017-ci il tarixində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyası çərçivəsində, Baş konsulluğun və Bağcılar bələdiyyəsinin təşkilatçılığı ilə anım mərasimi təşkil olunmuşdur.
Mərasimdə Baş konsul M.Hacıyev, Bağcılar bələdiyyə başçısı L.Çağırıcı, Bağcılar kaymakamı (icra başçısı) Orhan Çiftçi çıxışlar etmiş, Xocalı soyqırmının ermənilərin xalqlarımıza qarşı törətdikləri cinayətin ən dəhşətlisi olduğunu bildirmişdirlər.
Mərasimdə Bağcılarda 32 min kvadrat metrlik ərazidə Xocalı parkının salındığını, inşaat işlərinin bu ilin sonunadək bitiriləcəyi elan olunmuşdur.
Sonda tədqiqatçı-yazıçı Aygün Həsənoğlu Xocalı soyqırımın tarixindən danışmış, Xocalı sakini Aqil Məmmədov isə bu soyqırımının dəhşətlərindən bəhs etmişdir.