2018-02-25

Azərbaycan Dostluq Parkı və parkda ucaldılmış Xocalı soyqırımı abidəsinin açılışı

25 fevral tarixində İstanbul şəhərinin Bağcılar rayonu ərazisində Azərbaycan Dostluq Parkının və burada ucaldılmış Xocalı soyqırımı abidəsinin açılışı olmuşdur.

Açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin müavini Valeh Hacıyev, Azərbaycanın İstanbuldakı Baş konsulu Məsim Hacıyev, İstanbul valisi Vasip Şahin, İstanbul Böyükşəhər Bələdiyyəsinin başçısı Mövlud Uysal, Bağcılar rayon bələdiyyəsinin başçısı Lokman Çağrıcı, millət vəkilləri, diplomatlar, Türkiyə ictimaiyyətinin tanınmış simaları, elm və mədəniyyət xadimləri, yerli sakinlər, QHT və KİV təmsilçiləri iştirak etmişdir.

Mərasim Azərbaycanın və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlanmış, daha sonra ölkələrimizin müstəqilliyi uğrunda canlarından keçən bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.

Rəsmi hissədən sonra Azərbaycan Dostluq Parkı və Xocalı soyqırımı abidəsinin rəmzi açılışını bildirən lent kəsilmiş, iştirakçılar parkda ağac əkmişlər.

Arxiv üzrə axtarış