2018-01-30

Sarıyer bələdiyyə başçısı Şükrü Gençin Baş konsul Məsim Hacıyevi ziyarəti

30 yanvar 2018-ci il tarixində İstanbulun Sarıyer rayonunun bələdiyyə başçısı Şükrü Genç Baş konsul Məsim Hacıyevi ziyarət etmişdir.

Görüşdə bələdiyyə başçısı Ulu Öndər Heydər Əliyev və Mustafa Kamal Atatürk kimi liderlərin dünyada nadir şəxsiyyətlər olduğunu qeyd etmiş, onların əsasını qoyduğu dövlətçilik ənənələrinin davam etdirilməsinin vacibliyini vurğulamışdır. Baş konsul iki ölkə arasındakı tarixi əlaqələrdən danışaraq, hər iki ölkə vətəndaşlarının bir-birilə sıx bağlı olduqlarını, eyni kök, din və dilimizin olduğunu, dost və düşmənlərimizin də eyni olduğunu vurğulamışdır. Görüşdə M.Hacıyev Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” ifadəsini xatırlatmış, iki ölkə arasındakı münasibətlərin hər zaman buna uyğun şəkildə inkişaf etdiyini qeyd etmişdir.

Arxiv üzrə axtarış