2018-05-09

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə 10.05.2018 tarixində saat 09:30-da Heydər Əliyev parkında (Sarıyer, Kireçburnu) Baş Konsulluq tərəfindən Ulu Öndərin abidəsi önünə çiçək qoyma mərasimi keçiriləcəkdir.

11-13 may tarixlərində Heydər Əliyev parkında 7-ci Sarıyer Ədəbiyyat Günləri çərçivəsində Baş Konsulluğun təşəbbüsü ilə Ulu Öndər Heydər Əliyev və Azərbaycan Xalq Cümhuriyyətinə dair türk dilində nəşr olunmuş kitablar sərgilənəcəkdir.
Sizi mərasimlərə dəvət edirik.

Arxiv üzrə axtarış