Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə “Bir millət, iki dövlət” adlı konsert proqramı
2 may 2018-ci il tarixində İstanbulda fəaliyyət göstərən Mərmərə Universitetində Baş Konsulluq, Mərmərə Universiteti və Azərbaycan Mədəniyyətini Yaşatma Dərnəyinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə “Bir millət, iki dövlət” adlı konsert proqramı keçirilmişdir. Konsert proqramında Mərmərə Universitetinin rektor müavini Mehmet Akalın, konsul Esmira Hüseynova, Universitetin akademik heyəti, tələbələr və KİV təmsilçiləri iştirak etmişdir.
Konsertdə Mərmərə Universitetinin tələbələri tərəfindən görkəmli Azərbaycan (Q.Qarayev, Ü.Hacıbəyov, F.Əmirov) və türk bəstəkarlarının, həmçinin iki qardaş ölkənin xalq mahnıları ifa olunmuşdur. Konsertin proqramı Mərmərə Universitetinin müəllimi Aytac Rzaquliyeva və musiqişünas Tülün Malkoç tərəfindən hazırlanmışdır.