13 sentyabr 2019-cu il tarixdə Baş konsul Məsim Hacıyev İstanbul Böyük Şəhər Bələdiyyəsinin yeni seçilmiş başçısı Ekrem İmamoğluna nəzakət ziyarəti etmişdir.
Cari ilin 13 sentyabr tarixində Baş konsul Məsim Hacıyev, İstanbul Böyük Şəhər Bələdiyyəsinin yeni seçilmiş başçısı Ekrem İmamoğluna nəzakət ziyarəti etmişdir.
Baş konsul Məsim Hacıyev onu qəbul etdiyinə görə Ekrem İmamoğluna təşəkkür etmişdir. Öz növbəsində Ekrem İmamoğlu, qardaş Azərbaycanın onun qəlbində xüsusi yerə sahib olduğunu qeyd etmiş, ziyarət səbəbilə Baş konsul Məsim Hacıyevə təşəkkürünü bildirmişdir.
Görüş zamanı iki qardaş ölkə arasındakı münasibətlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Sonda Baş konsul Bakıdakı Türk Şəhidliyinin yağlı boya ilə çəkilmiş rəsmini Ekrem İmamoğluya hədiyyə etmişdir.