2021-08-04

Azərbaycan Respulikasının İstanbul şəhərindəki Bas konsulu Nərminə Mustafayevanın Türkiyənin meşə yanğınlarından əziyyət çəkən Marmaris bölgəsinə səfər etmişdir

03.08.2021-ci il tarixində Azərbaycan Respulikasının İstanbul şəhərindəki Bas konsulu Nərminə Mustafayeva Türkiyənin meşə yanğınlarından əziyyət çəkən Marmaris bölgəsində səfərdə olmuşdur. Səfər çərçivəsində N.Mustafayeva ilk öncə Marmaris bələdiyyə başkanı cənab Mehmet Oktay ilə görüşərək bu ərazidə baş verən meşə yanğınları, dəymiş ziyan və onların nəticələrinin aradan qaldırılması ilə bağlı fikir mübadiləsi aparmış, Azərbaycanın hər zaman olduğu kimi bu çətin günlərdə də Türkiyənin yanında olmasını bəyan etmişdir.

N.Mustafayeva səfər çərçivəsində həmçinin meşə yanğınları ilə mübarizədə yardım məqsədilə Türkiyə Respublikasına gəlmiş Azərbaycan Respublikasının fövqaladə hallar nazirinin muavini general-leytenant Etibar Mirzəyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşərək mövcud vəziyyət barədə məlumat almışdır.

Sonda Baş konsul N.Mustafayeva yerli və xarici media nümayəndələrinə müsahibə vermişdir.

Arxiv üzrə axtarış