2021-09-24

Baş Konsul Nərminə Mustafayeva QDİƏT-in Baş katibi cənab Lazar Komanesku ilə görüşüb

Azərbaycan Respublikasının İstanbuldakı Baş konsulu Nərminə Mustafayeva 24 sentyabr 2021-ci ildə QDİƏT Daimi Beynəlxalq Katibliyinin Baş katibi cənab Lazar Komanesku ilə görüşüb.

Tərəflər QDİƏT çərçivəsində baş verən son hadisələr və təşkilatın Qara Dəniz bölgəsindəki iqtisadi əməkdaşlığın gücləndirilməsindəki əhəmiyyətli rolu haqqında fikir mübadiləsi aparıblar.

Baş katib Lazar Komanesku Azərbaycanın təşkilatın işinə və məqsədlərinin həyata keçirilməsinə verdiyi fəal töhfəyə görə minnətdarlığını bildirdi.

Baş konsul Nərminə Mustafayeva QDİƏT-in regional əməkdaşlığın təşviq olunmasında dəyərli bir vasitə olduğunu qeyd edərək Azərbaycan Respublikası Hökumətinin bu əməkdaşlığı gücləndirmək üçün yeni təşəbbüsləri dəstəkləməyə hazır olduğunu vurğuladı.

Görüş zamanı tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi apardılar.

Arxiv üzrə axtarış