2022-01-21

Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş Konsulluğu tərəfindən bir sıra konsulluq əməliyyatlarının elektron və poçt xidmətləri vasitəsilə qəbul edilməsinə dair

Koronavirus xəstəliyinin yarada biləcəyi təhlükənin qarşısının alınması, bununla bağlı profilaktik və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi məqsədilə şəxsən iştirak tələb olunmayan aşağıda sadalanan konsulluq əməliyyatları ilə əlaqədar poçt və ya email vasitəsilə müraciət etməyiniz tövsiyə olunur:

  1. Məhkumluq arayışı üçün sorğuların göndərilməsi:
  • Ərizə
  • Şəxsiyyət vəsiqəsinin surəti
  • Ümumvətəndaş pasportunun surəti
  • Qeyd olunan sənədləri azeconsqebul@gmail.com elektron ünvanına göndərərək müraciət edə bilər.
  1. Subaylıq və ya ailə vəziyyəti arayışı üçün sorğuların göndərilməsi:
  • Ərizə
  • Ümumvətəndaş pasportunun surəti
  • Qeyd olunan sənədləri azeconsqebul@gmail.com elektron ünvanına göndərərək müraciət edə bilər.
  1. Xarici ölkədə rəsmiləşdirilmiş nikahın Azərbaycan Respublikasının VVAQ sistemində qeydə alınması:
  • Ərizə
  • Ümumvətəndaş pasportunun surəti
  • Nikah haqqında şəhadətnamənin surəti
  • Nikahda olduğu şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti
  • Qeyd olunan sənədləri azeconsqebul@gmail.com elektron ünvanına göndərərək müraciət edə bilər.
  • 10$ dövlət rüsumunun aşağıdakı IBAN hesablarından birinə ödənildiyinə dair qəbzin surəti:

İşbank USD İBAN  TR32 0006 4000 0021 1200 5436 93

 

Halkbank USD İBAN  TR92 0001 2009 8600 0058 0003 45

Anadolubank USD İBAN  TR52 0013 5000 0001 2326 6700 02

  1. Xarici dövlətin vətəndaşlığının qəbul edilməsi barədə Azərbaycan Respublikasının müvafiq qurumlarına məlumat verilməsi (Qeyd: Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanuna əsasən bir ay müddətində müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verməlidir):

Şəxs bu barədə AR Dövlət Miqrasiya Xidmətinə birbaşa olaraq onlayn şəkildə (https://eservice.migration.gov.az/public/create-vqa-application) və ya baş konsulluğa poçt vasitəsilə məlumat verə bilər.

Baş konsulluğa məlumat verəcəyi təqdirdə aşağıdakı sənədləri baş konsulluğun poçt ünvanına (Zeytinoğlu caddesi no 65, Akatlar mahallesi, Beşiktaş/İstanbul) karqo ilə  göndərə və ya şəxsən baş konsulluğa təqdim edə bilər:

  • Ərizə-anket forması
  • Azərbaycan Respublikasının ümumvətəndaş pasportunun surəti
  • Vətəndaşlığını qəbul etdiyi dövlət tərəfindən verilmiş şəxsiyyəti təsdiq edən sənədin surəti
  • Xarici ölkə vətəndaşlığını qəbul etdiyi tarixi göstərən rəsmi sənədin (Nüfus kayıt örneği və ya Geçici kimlik belgesi) surəti
  • 1 ədəd 3x4 ölçüdə fotoşəkil
  • Xarici ölkə vətəndaşlığını nikah yolu ilə aldığı təqdirdə nikah haqqında şəhadətnamə və nikahda olduğu şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti.

 

Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş Konsulluğunun ünvanı:

Akat, Zeytinoğlu Cd. No:65, 34335 Beşiktaş/İstanbul

 

Arxiv üzrə axtarış