2022-01-20

İstanbulda "20 yanvar 1990 Bakı hadisələrinə tarixi baxış" mövzusunda onlayn konfrans keçirilib

Konfrans ölkəmizin İstanbuldaki Baş Konsulluğu və Azərbaycan Beynəlxalq Əlaqələr Analiz Mərkəzinin təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Qafqazşünaslıq İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Musa Qasımlı, Azərbaycanın Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev, Türkiyənin Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzinin əməkdaşı Ufuk Ulutaş, "Fatih Sultan Mehmet" vəqf Universitetinin professorları, Orta Şərq və Afrika Araşdırmaçılar Dərnəyinin sədri Zekeriya Kurşun və eyni dərnəyin üzvü Hasip Sayqılı, eləcə də Bursa Uludağ Universitetinin əməkdaşı, Diplomatiya Araşdırmaları Dərnəyinin sədri professor Barış Özdal çıxış ediblər.

Konfransda 20 Yanvarın Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi yazıldığı bildirilib. Bu hadisələrin xalqımızın, eləcə də bütün Türk dünyasının qan yaddaşından heç vaxt silinməyəcəyi xüsusi vurğulanıb.

Arxiv üzrə axtarış