2022-02-25

Ümraniyədə Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş konfrans keçirilib və foto sərgi açılıb

"İslahatçı Gənclər" İctimai Birliyi Ümraniyə Bələdiyyəsinin birgə təşkilatçılığı ilə Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) təşkilatı dəstəyi ilə Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş konfrans keçirilib və foto sərgi açılıb.

Foto sərginin açılışında Ümraniyə bələdiyyə başqanı İsmet Yıldırım, Azərbaycanın İstanbuldakı konsulu Zaur Allahverdizadə, "İslahatçı Gənclər" İctimai Birliyinin sədri Fərid Şahbazlı iştirak edib.

Çıxış edənlər Azərbaycan-Türkiyə arasında tarixi dostluq münasibətlərinə diqqət çəkərək iki ölkə arasında əlaqələrin bütün dünya üçün örnək model rolunu oynadığını qeyd ediblər.

Arxiv üzrə axtarış