2022-05-10

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsi İstanbulda ehtiramla anılıb

Tədbir zamanı İstanbulun Sarıyer bölgəsində yerləşən Heydər Əliyev Parkında Ulu Öndərin abidəsi ziyarət olunub. Mərasimdə Ümumilli Liderin xatirəsi ehtiramla yad edilib, abidəsi önünə əklillər və tər güllər düzülüb.

Mərasimdə Azərbaycanın İstanbuldaki baş konsulu Nərminə Mustafayeva, konsulluğun əməkdaşları, Sarıyer Bələdiyyəsinin sədri Şükrü Genç, Türk Dövlətləri Təşkilatı (TDT) Baş katibinin müavini Qismət Gözəlov, TDT-nin Ağsaqqallar Şurasının Azərbaycan üzrə nümayəndəsi Həsən Həsənov iştirak etmişlər.

Arxiv üzrə axtarış