Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş Konsulluğu tərəfindən 28 May - Müstəqillik Gününün qeyd olunması münasibətilə rəsmi qəbul təşkil olunub
27 may 2022-ci ildə Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş Konsulluğu tərəfindən “Mandarin Oriental Bosphorus” mehmanxanasında 28 May - Müstəqillik Gününün qeyd olunması münasibətilə rəsmi qəbul təşkil olunub.
Tədbirin rəsmi hissəsi Azərbaycan və Türkiyənin dövlət himnlərinin səslandirilməsi ilə başlayıb. Edilən çıxışlar zamanı tədbir iştirakçılarına 28 May-Müstəqillik Gününün tarixi əhəmiyyəti, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, 23 aylıq fəaliyyəti, Azərbaycanla Türkiyə arasında formalaşmış qardaşlıq və dostluq münasibətləri və cənab Prezident İlham Əliyevin bu yöndə nümayiş etdirdiyi əvəzsiz səyləri barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib.
Eyni zamanda Baş Konsulluğun təşəbbüsü ilə cari ilin 28 may tarixində Müstəqillik Günü münasibətilə İstanbul şəhərindəki “Qalata” Qülləsi və "Fatih Sultan Mehmet" körpüsü Azərbaycan Respublikasının dövlət bayrağının rəngləri ilə işıqlandırılıb.
28 May Müstəqillik Günü münasibətilə keçirilən tədbirlər çərçivəsində həmçinin 28 may tarixində Baş Konsulluğun əməkdaşları tərəfindən İstanbulun Şişli əyalətində yerləşən Feriköy məzarlığında 1918-1920 illər Azərbaycan Demokratik Respublikasının dövlət və ictimai xadimlərinin məzarları ziyarət edilib.