2022-10-05

Tekirdağda “Şuşa İli” çərçivəsində fotosərginin açılışı və Azərbaycan milli rəqs və musiqilərindən ibarət konsert keçirilib

4 oktyabr tarixində Türkiyənin Tekirdağ vilayətində “Şuşa İli” ilə bağlı Azərbaycana həsr olunan “Qardaş köməyi” mövzusunda fotosərgi açılıb. Türkiyəli foto sənətçisi Hakan Tokuçun əsərlərindən ibarət sərgidə Azərbaycanın tarixi və mədəni abidələrini əks etdirən fotoşəkillər yer alır.

Daha sonra “Şuşa ili” çərçivəsində baş tutan tədbirdə Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı ilə Cəngi Rəqs Ansamblının ifalarında milli rəqslərimiz nümayiş etdirilib, Azərbaycan musiqi nümunələri səsləndirilib.

Tədbirdə Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, Tekirdağ valisi Aziz Yıldırım, Xəzər Folklor Təhsil və Araşdırma Mərkəzinin (“Hazarfem” dərnəyi) sədri Nuran Acar, Tekirdağ vilayətinin bir sıra dövlət nümayəndələri və digərləri iştirak ediblər.

Edilən çıxışlar zamanı “Şuşa İli” ilə bağlı Azərbaycanla yanaşı, qardaş Türkiyədə də silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırılıb, əsrlər boyu davam edən Azərbaycan-Türkiyə qardaşlığının hər gün daha da dərinləşdiyini vurğulanıb.

Arxiv üzrə axtarış