2022-10-07

İzmirdə keçirilən panel müzakirələrində Qarabağ zəfərinin 2-ci ildönümü qeyd olunub

Ege Universitetində Azərbaycan Respublikasının İstanbuldakı Baş Konsulluğu, Türk Dünyası Araşdırmaları İnstitutu və Türkiyə Məzun İş Adamları və Ziyalılar Platformasının birgə əməkdaşlığı ilə “44 Günlük Vətən Müharibəsi: Böyük Zəfərə gedən yol” adı altında panel keçirilib. Paneldə Azərbaycan Respublikasının İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, İzmir valisinin müavini Fatih Kızıltoprak, Ege Universitetinin prorektoru Prof. Dr. Mehmet Ersan, Ege Universitetinin Türk Dünyası Araşdırmaları İnstitutunun direktoru Prof. Dr. Nadim Macit, Milli Müdafiə Universiteti Türk Hərbi Akademiyasının müəllimi Prof. Dr. İbrahim Ethem Antur, Ankara Universitetinin Dil, Tarix və Coğrafiya Fakültəsinin müəllimi Prof. Dr. Toğrul İsmayıl, akademiklər və tələbələr iştirak edib. Ege Universiteti Türk Dünyası Araşdırmaları İnstitutu, Türk Dünyası ilə Sosial, İqtisadi və Siyasi Əlaqələr şöbəsinin müdiri Prof. Dr. Vəfa Qurbanın moderatorluğu ilə keçirilən tədbirdə Azərbaycan və türk xalqlarının qardaşlığı, “Bir millət, iki dövlət” olduğu vurğulanıb. Panel çıxışlarında universitet tələbələrinə Ermənistan işğalından azad edilən bölgələr və 44 gün davam edən Vətən müharibəsi haqqında məlumat verilib.

Arxiv üzrə axtarış