2023-05-26

İstanbulda Azərbaycan Respublikasının Müstəqillik Günü qeyd edilib

Tədbirdə İstanbul valisi Ali Yerlikaya, Türkiyə Respublikası Xarici İşlər Nazirliyinin İstanbul nümayəndəsi, səfir Ayşe Sözen Usluer, Türk Dövlətləri Təşkilatının baş katibi Kubaniçbek Ömurəliyev, İstanbul Ticarət Palatasının prezidenti Şekip Avdagiç, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı baş katibinin birinci müavini səfir Merve Safa Kavakcı , xarici ölkələrin diplomatik nümayəndələri, siyasət və iş dünyasından çox sayda qonaq iştirak edib.

İki ölkənin dövlət himnlərinin oxunması ilə başlayan proqramda baş konsul Nərminə Mustafayeva və Vali Yerlikaya iştirakçılara xitabən çıxışlar ediblər.

Arxiv üzrə axtarış