2023-06-14

İstanbul Atatürk Mədəniyyət Mərkəzində Alim Qasımov və Fərqanə Qasımovanın konserti keçirilib

Konsert proqramı Azərbaycanın İstanbuldaki Baş konsulluğu və İstanbul Aydın Universitetinin təşkilatçılığı ilə baş tutub.

Konsert 2023-cü ilin Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən "Heydər Əliyev ili" elan olunması çərçivəsində Ümummilli liderin 100 illiyi qardaş Türkiyədə də silsilə tədbirləri çərçivəsində keçirilib.

Azərbaycan Respublikasının xalq artisti Alim Qasımov və qızı Fərqanə Qasımovanın ifasında Azərbaycan milli muğamının inciləri tamaşaçılara təqdim olunub.

Arxiv üzrə axtarış