2023-12-22

2024-cü ilin 7 fevral tarixinə təyin olunmuş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinə dair

7 fevral 2024-cü il tarixinə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində iştirak etmək istəyən, Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş Konsulluğunun əhatə dairəsində daimi yaşayan, müvəqqəti olan və ya uzunmüddətli ezamiyyətdə olan 18 yaşına çatmış, aktiv seçici hüququna malik Azərbaycan Respublikası vətəndaşlarının seçici siyahısına əlavə olunması məqsədilə 29 dekabr 2023-cü il tarixinədək aşağıda qeyd olunmuş məlumatları qeydiyyat_istanbul@mission.mfa.gov.az elektron poçt ünvanına göndərmələri xahiş olunur:

  1. Soyad, ad, ata adı;
  2. Doğum tarixi (gün, ay, il);
  3. Türkiyə Respublikasında daimi və ya müvəqqəti yaşadığı ünvan.

 

Arxiv üzrə axtarış