2024-01-09

Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş Konsulluğunda pasport əməliyyatları üçün Elektron Növbə Portalına dair

Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş Konsulluğunda pasport əməliyyatları üçün öncədən vaxt təyin etmək məqsədilə 23 yanvar 2024-cü il tarixindən etibarən Elektron Növbə Portalından istifadə edə bilərsiniz. Elektron növbə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, o cümlədən Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarında göstərilən xidmətlərlə əlaqədar əvvəlcədən növbə təyin edilməsi üçün elektron vasitədir. Bu xidmətdən Azərbaycan Respublikasının vətəndaşları ilə yanaşı, əcnəbi və vətəndaşlığı olmayan şəxslər də yararlana bilərlər. 

Müraciətçilər appointment.mfa.gov.az internet səhifəsinə daxil olaraq həyata keçirilir. Elektron Növbə Portalında istifadə üçün hər hansı xidmət haqqı nəzərdə tutulmamışdır. Elektron növbə ilə bağlı onlayn müraciətinizi tamamladıqdan sonra əlaqə vasitəsi olaraq sistemə qeyd etdiyiniz elektron poçt ünvanına təsdiq barədə bildiriş daxil olacaqdır.

Arxiv üzrə axtarış