2024-01-31

7 fevral 2024-cü il tarixinə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar

7 fevral 2024-cü il tarixinə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar olaraq müvafiq qanunvericiliyin tələbləri əsasında AR-in İstanbuldakı Baş Konsulluğunda 53 və 54 saylı seçki məntəqələri təşkil olunmuşdur.

Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş Konsulluğunun əhatə dairəsində daimi yaşayan, müvəqqəti və ya uzunmüddətli ezamiyyətdə olan 18 yaşı tamam olmuş, aktiv seçici hüququna malik Azərbaycan Respublikası vətəndaşları Baş Konsulluqda təşkil olunmuş məntəqələrdə saat 08:00 – 19:00 aralığında səsvermədə iştirak edə bilərlər.

Arxiv üzrə axtarış