Türkiyənin Kocaeli şəhərinin Gölcük rayonunda Azərbaycanın 44 günlük Vətən müharibəsi şəhidlərinin Anım Mərasimi keçirilib
Tədbirdə Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, Kocaeli Bələdiyyəsi sədrinin müavini Berna Abiş, Gölcük Bələdiyyəsinin sədri Ali Yıldırım Sezer, Gölçük rayonunun məhəllə muxtarları, yerli əhali, ictimaiyyət nümayəndələri və media təmsilçiləri iştirak ediblər.
Tədbir çərçivəsində Vətən müharibəsi şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Gölcükdə yaradılan meşəlik ərazinin ilk 50 tingi əkilib. Təxminən 20 min kvadratmetrlik ərazidə salınan yaşıllıqda ümumilikdə mindən çox ağac əkiləcək. Bal meşəsi olacaq əraziyə arıların cəlb edilməsi məqsədilə cökə, şabalıd və akasiya kimi ağacları əkiləcək.