2025-05-31

İstanbulda COP29 nəticələrinə dair xüsusi panel sessiyası keçirilib

Bu gün İstanbulda COP29-un baş danışıqçısı, Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini cənab Yalçın Rəfiyev və Türkiyə Respublikasının ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi nazirinin müavini xanım Fatma Varankın iştirakı ilə COP29 və COP30 mövzusunda xüsusi panel sessiyası keçirilib.

Tədbir Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş Konsulluğu tərəfindən İstanbul Konsulluq Korpusunun hazırkı sədri qismində və COP29 Azərbaycan prezidentliyinin birgə təşkilatçılığı ilə keçirilib.

Arxiv üzrə axtarış