2020-03-24
VƏTƏNDAŞLARIMIZIN NƏZƏRİNƏ.

Türkiyə Respublikası Xarici İşlər Nazirliyinin bu ölkədəki diplomatik nümayəndəliklərə ünvanladığı məlumatı vətəndaşlarımızın diqqətinə çatdırırıq:

Türkiyə Respublikasında olan və uçuşlarının təxirə salınması səbəbilə, viza və ya ölkədə qalma müddətini aşmış və ya aşacaq vətəndaşlar ad, soyad, pasport məlumatlarını və Türkiyə Respublikasından çıxış edəcəkləri sərhəd qapılarının adlarını bildirəcəyi təqdirdə, sözügedən şəxslərin viza və ya ölkədə qalma qaydalarının pozuntularından irəli gələn cərimələndirmə tətbiqindən azad olunması nəzərdə tutulur.

Vətəndaşlardan qeyd olunan məlumatları Baş konsulluğun istanbul@mission.mfa.gov.az elektron ünvanına göndərmələri xahiş olunur. 

növbəti xəbər əvvəlki xəbər