2020-04-22
VƏTƏNDAŞLARIMIZ TƏRƏFİNDƏN ƏN ÇOX ÜNVANLANAN MÜRACİƏTLƏRƏ CAVAB

VƏTƏNDAŞLARIMIZ TƏRƏFİNDƏN ƏN ÇOX ÜNVANLANAN MÜRACİƏTLƏRƏ CAVAB

1- Yaranmış vəziyyət nəticəsində Türkiyə Respublikası ərazisində sözügedən ölkənin qanunvericiliyi ilə nəzərdə tutulan qalma müddətini aşmış vətəndaşlarımızla bağlı məsələlər:

- Türkiyə Respublikasında olub hava və quru sərhədlərinin bağlanması səbəbilə, viza/qalma müddətini aşmış və ya aşacaq vətəndaşlar ad, soyad, pasport məlumatlarını və Türkiyə Respublikasından çıxış edəcəkləri sərhəd keçid məntəqələrinin adlarını bildirəcəyi təqdirdə, sözügedən şəxslərin viza/qalma qaydalarının pozuntularından irəli gələn cərimələndirmə tətbiqindən azad olunması nəzərdə tutulur. Vətəndaşlarımızdan qeyd olunan məlumatları Baş konsulluğun elektron ünvanına (istanbul@mission.mfa.gov.az) göndərmələri xahiş olunur.

2- Ölkəyə geri qayıtma, bu məqsədlə vətəndaşlarımızın qeydiyyatı, çarter uçuşları və qeyd olunanlarla əlaqəli digər məsələlər:

- Baş konsulluğun “Qaynar xətt” nömrəsi (+905312495007) ilə əlaqə yaradaraq qeydiyyatdan keçən vətəndaşlarımız, növbəlilik əsasında tərtib olunmuş siyahılar üzrə ölkəmizə geri qaytarılır. Vətəndaşlarımızın ölkəmizə geri qaytarılması zamanı azyaşlı uşaqları olan ailələrə, yaşlılara, tibbi yardıma ehtiyacı olan şəxslərə, qadınlara üstünlük verilir. Çarter uçuşları barədə məlumat olacağı təqdirdə, Baş konsulluq qeydiyyatına düşən vətəndaşlarımıza növbəlilik siyahısı üzrə Baş konsulluq tərəfindən məlumat verilir. Ölkəmizə geri dönən vətəndaşlarımız 14-21 gün müddətinə karantin rejiminə yerləşdiriləcəkdir. Çarter uçuşları ilə bağlı vətəndaşlarımızın Baş konsulluqla dəqiqləşdirilməyən məlumatlara istinad edərək, İstanbul Hava Limanına getmələri tövsiyyə olunmur.

3- Ehtiyacı olan vətəndaşlarımıza yardımın edilməsi:

- Vətəndaşlarımıza qeyd olunan məsələ ilə əlaqədar olaraq, www.support.edu.az internet səhifəsinə daxil olmaları və aidiyyəti üzrə qeydiyyatdan keçmələri tövsiyyə olunur.

növbəti xəbər əvvəlki xəbər